Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi üçün mexanizm yaradılacaq

Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi üçün mexanizm yaradılacaq Gürcüstanın “Vətəndaş aktları barədə” qanununa düzəlişlər üçün azərbaycanlı gənclərdən ibarət təşəbbüs qrupunun topladığı imzaların etibarlılığı yoxlanılıb.
Diaspor
4 Noyabr , 2021 12:01
Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi üçün mexanizm yaradılacaq

Gürcüstanın “Vətəndaş aktları barədə” qanununa düzəlişlər üçün azərbaycanlı gənclərdən ibarət təşəbbüs qrupunun topladığı imzaların etibarlılığı yoxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin Mətbuat xidmətindən bildirilib.

Prosedur məsələlər və qaydalar komitəsinin toplantısında sədr İrakli Kadaqişvili bildirib ki, təqdim olunan 26 298 imzanın 3 370-i etibarsız hesab edilib və yalnız 22 928-i etibarlı sayılıb.

Tələb olunan imza sayı 25 min olduğundan təşəbbüs qrupuna qanun layihəsi ilə çıxış etmək hüququ verilməyib.

Müzakirələrdən sonra qərara alınıb ki, komitə məsələ ilə bağlı gələcək əməkdaşlığı müzakirə etmək üçün təşəbbüs qrupunun üzvləri ilə görüş keçirəcək.

İclasda iştirak edən parlamentin İnsan haqları Komitəsinin sədri Mixeil Sarcveladze bildirib ki, məsələ ilə bağlı bir neçə deputat qanunvericilik təşəbbüsü hazırlayıb: “Azərbaycanlı vətəndaşlar üçün ənənəvi soyadlarına uyğun olmayan soyadı dəyişdirməyə və onu öz mədəniyyətinə xas şəkildə formalaşdırmağa imkan verəcək hüquqi mexanizm yaradılacaq”.

Qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımız “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina etmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi