Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirildi - YENİLƏNİB

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirildi - YENİLƏNİB Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar yaşayan Sartiçala kəndinin içməli su problemi yaxın gələcəkdə həll olunacaq.
Diaspor
4 Fevral , 2020 18:13
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirildi - YENİLƏNİB

Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar yaşayan Sartiçala kəndinin içməli su problemi yaxın gələcəkdə həll olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qardabani rayon bələdiyyəsindən bildirilib.

Kəndin içməli su ilə təmin olunması layihəsi artıq tamamlanmaq üzrədir, daha sonra tikinti işlərinə başlanılması üçün elektron tender elan olunacaq.

Bələdiyyədən qeyd olunub ki, kəndin texniki su ilə təminatında məhdudiyyətlərin tətbiqi əsas kanalda aparılan təcili bərpa işləri ilə bağlı olub. Sabahdan Sartiçala, Muğanlı və Saakadze kəndlərinin texniki su ilə təminatı bərpa olunacaq.


*** 15:17

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Sartiçala kəndinin mərkəzində etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar illərdir kəndin içməli su ilə təmin olunmamasına etirazlarını bildiriblər.

Kənd sakinləri deyiblər ki, onlar texniki sudan içməli su kimi istifadə etmək məcburiyyətində qalıblar. Onlar kənddə iki həftədir suyun olmadığını deyiblər.

Sakinlərin sözlərinə görə, içməli su problemi həll edilməsə, aksiyaları davamlı olaraq keçirəcəklər. 

Son xəbərlər

Orphus sistemi