Gürcüstanda azərbaycanlı uşaqlar üçün bayram tədbiri təşkil edilib  

Gürcüstanda azərbaycanlı uşaqlar üçün bayram tədbiri təşkil edilib   Gürcüstanın Rustavi şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Diaspor
1 İyun , 2022 15:28
Gürcüstanda azərbaycanlı uşaqlar üçün bayram tədbiri təşkil edilib  

Gürcüstanın Rustavi şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bayram şənliyi “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə baş tutub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara sağlam, təhsilli və uğurlu gələcək arzulayıb. Onun sözlərinə görə, Gürcüstandakı soydaşlarımız vətənpərvər və dövlətə sadiq övladlar yetişdirirlər.

Səfir Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi məsələsinin hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxlanıldığını bildirib. O, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrdə uşaq bağçalarının təmir və tikintisinin həyata keçirildiyini, həmçinin il ərzində Gürcüstanın ali məktəblərində təhsil alan 1 500 nəfər azərbaycanlı tələbənin təhsil haqqlarının qarşılandığını qeyd edib.

Daha sonra çıxış edən AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartli üzrə regional bölmə rəhbəri Abay Paşayev, “Salam” Cəmiyyətinin sədri Maya Rəcəbova da uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt gələcək diləyiblər.

Tədbir azərbaycanlı məktəblilərin ifasında müxtəlif rəqslər və mahnılarla davam etdirilib.

Sonda şənlik iştirakçıları olan azyaşlılara AZEBİ-nin adından hədiyyələr verilib, sağlamlıq inkanları məhdud yeniyetmələrə əlil arabaları təqdim edilib.

Bayram tədbirində 44 günlük Vətən müharibəsində şəhid olan əslən gürcüstanlı hərbçilərin yaxınları da iştirak edib.

Son xəbərlər

Orphus sistemi