Gürcüstanda azərbaycanlı sabiq icra başçısının maaşla bağlı tələbi təmin olunmayıb

Gürcüstanda azərbaycanlı sabiq icra başçısının maaşla bağlı tələbi təmin olunmayıb Gürcüstanın Marneuli rayon rəhbərliyi sabiq icra başçısı Temur Abazovun 7 aylıq əmək haqqının ödənilməsi ilə bağlı müraciətini təmin etməyib.
Diaspor
2 Aprel , 2019 17:39
Gürcüstanda azərbaycanlı sabiq icra başçısının maaşla bağlı tələbi təmin olunmayıb

Gürcüstanın Marneuli rayon rəhbərliyi sabiq icra başçısı Temur Abazovun 7 aylıq əmək haqqının ödənilməsi ilə bağlı müraciətini təmin etməyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayon rəhbərliyi keçmiş başçının tələbini qanunvericiliyə uyğun olmaması barədə qərar qəbul edib.

T.Abazovun müraciəti Marneuli rayon Bələdiyyə Məclisinə göndərilib. Yekun qərar qəbul olunandan sonra keçmiş icra başçısı bu barədə məlumatlandırılacaq.

T.Abazov isə ailəsini dolandıran yeganə şəxs olduğundan tələbini qanunauyğun hesab edir.

Qeyd edək ki, T.Abazovun tələb etdiyi əmək haqqının ümumi məbləği 32 000 lari (təxminən, 12 min dollar) təşkil edir.

Xatırladaq ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.

Son xəbərlər

Orphus sistemi