Gürcüstanda azərbaycanlı qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi təklif olunur

Gürcüstanda azərbaycanlı qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi təklif olunur Abxaziya müharibəsinin (1992-1993) iştirakçısı olan Ənvər Hümbətovun doğulduğu Gürcüstanın Marneuli rayonunda xatirəsinin əbədiləşdirilməsi təklif olunur.
Diaspor
7 Mart , 2020 11:53
Gürcüstanda azərbaycanlı qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi təklif olunur

Abxaziya müharibəsinin (1992-1993) iştirakçısı olan Ənvər Hümbətovun doğulduğu Gürcüstanın Marneuli rayonunda xatirəsinin əbədiləşdirilməsi təklif olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı petisiya hazırlanıb və bu gündən imzatoplama kampaniyasına başlanılacaq.

Təşəbbüs gənc ictimai fəal Samirə Bayramovaya məxsusdur. O bildirib ki, Marneulinin bələdiyyə məclisinə ünvanlanacaq müraciət üçün 1 100 imza tələb olunur.

Müraciət müəllifləri Ə.Hümbətovun adının yaşadılması üçün bir neçə təklif irəli sürüblər. Həmin təkliflərə Marneulidə yerləşən 9 Aprel memorialının yaxınlığında döyüş qəhrəmanının xatirə lövhəsi və yaxud abidəsinin qoyulması və küçələrdən birinə onun adının verilməsi daxildir.

Qeyd edək ki, Ə.Hümbətov könüllü olaraq Abxaziya müharibəsində iştirak edib. O, 1993-cü il iyulun 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək mühasirədə qalan dəstəni özünü fəda edərək xilas edib. Ə.Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfərin ölümdən xilas olunduğu bildirilir.

O, 1994-cü ildə “Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə” “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Tbilisinin mərkəzi “Qəhrəmanlar meydanı”nda 2010-cu ildə açılan, Gürcüstanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsinə həsr olunan “Qəhrəmanlar qülləsi” xatirə abidəsində Ə.Hümbətovun da adı qızılı hərflərlə həkk olunub. 

Son xəbərlər

Orphus sistemi