Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyevin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min AZN) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.
O, “Rustavi 2” telekanalına müsahibəsində deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.
F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.
Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyev itkin düşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Soydaşımızın yaxınları bildiriblər ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.
N.Nəbiyevin itkin düşməsi barədə polisə artıq məlumat verilib. Onun axtarışı aparılır.