Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı rayondakı vəziyyətlə tanış olub

Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı rayondakı vəziyyətlə tanış olub “Gürcüstanın bütün bölgələrindəki vətəndaşlar koronavirusdan eyni dərəcədə qorunur”.
Diaspor
1523
29 Mart , 2020 16:51
Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı rayondakı vəziyyətlə tanış olub
0 : 00
0 : 00

“Gürcüstanın bütün bölgələrindəki vətəndaşlar koronavirusdan eyni dərəcədə qorunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Marneulidəki vəziyyətlə yerində tanış olan Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, insanların virusdan maksimal qorunması üçün bütün tədbirlər görülür: “Biz hazırda daha da çətin ola biləcək yeni mərhələyə qədəm qoyuruq. Buna görə də hamı hazır olmalıdır. Hamı təmkinli və ehtiyatlı olmalıdır. Dərk etməliyik ki, biz hamımız bir-birimizin sağlamlığı üçün cavabdehik”.

Son xəbərlər

Orphus sistemi