Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili tədris olunur

Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili tədris olunur Gürcüstanın Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbi həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisi üzrə proqrama start verib.
Diaspor
18 Sentyabr , 2019 12:10
Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili tədris olunur

Gürcüstanın Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbi həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisi üzrə proqrama start verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Xocori hərbi bazasında təşkil olunan kurs iki ay davam edəcək.

Proqramda 40 azərbaycanlı və erməni çağırışçı iştirak edəcək.

Proqram çərçivəsində kurs iştirakçıları dövlət dilində yazmaq, oxumaq və danışmağı öyrənəcəklər. Kursu uğurla başa vuran çağırışçılar sertifikatlarla təltif olunacaqlar.

Tədris proqramının həyata keçirilməsində məqsəd Gürcüstanda yaşayan milli azlıqlardan olan vətəndaşları dövlət dili üzrə biliklərinin artırılmasına imkan yaratmaqla onların inteqrasiyasına dəstək verməkdir. 

Son xəbərlər

Orphus sistemi