Gürcüstan DTX: Marneuli haqqında süjetin mətni qəsdən təhrif olunub

Gürcüstan DTX: Marneuli haqqında süjetin mətni qəsdən təhrif olunub &
Diaspor
509
2 İyul , 2020 13:59
Gürcüstan DTX: Marneuli haqqında süjetin mətni qəsdən təhrif olunub

 

Gürcüstanın “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjetlə bağlı istintaq tədbirləri davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, süjetdəki respondentlərin Azərbaycan dilində dedikləri sözlər tərcümədə qəsdən təhrif olunmuş formada təqdim edilib.

İstintaqla məlum olub ki, Gürcüstanda bəzi qüvvələr müxtəlif KİV-lər vasitəsilə yalan informasiyaları kütləvi şəkildə yaymaqla məqsədli şəkildə vətəndaşlar arasında inamsızlıq, təşviş və xaos yaratmağa cəhd edirlər.

Qeyd edək ki, iyunun 25-də telesüjet barədə Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaqa başlanılıb. Süjetdə Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələrinin onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariyədək pul təklif etdikləri iddia olunub.