​Gürcüstan azərbaycanlıları Rusiya ilə münasibətlərin bərpasını tələb edir

​Gürcüstan azərbaycanlıları Rusiya ilə münasibətlərin bərpasını tələb edir "Bu bizə Rusiya bazarına çıxmaq üçün lazımdır"
Diaspor
4 Aprel , 2015 06:14
​Gürcüstan azərbaycanlıları Rusiya ilə münasibətlərin bərpasını tələb edir

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 23-də Tbilisidə II İrakli Birliyinin təşəbbüsü ilə Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin bərpa edilməsi tələbi ilə aksiya keçiriləcək. Aksiya iştirakçıları Gürcüstanın gələcək xarici siyasi kursu ilə bağlı referendum keçirilməsini tələb etmək niyyətindədirlər.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, aksiyaya Gürcüstanın Qardabani rayonunun Azərbaycan diasporunun nümayəndələri də qoşulmağa hazırlaşır.

"Biz Rusiya ilə diplomatik münasibətlərin bərpa olunmasını tələb edirik. Bu, bütün ölkə və bütün Gürcüstan vətəndaşları üçün vacibdir", - deyə Gürcüstanın Qardabani rayonunun Azərbaycan diasporunun sədri Fərhad Tanırquliyev bildirib.

O, bununla yanaşı qeyd edib ki, Rusiya ilə diplomatik münasibətlərin bərpa olunması Qərblə əlaqələrin dayandırılmasını nəzərdə tutmur.

"Biz demirik ki, Avropa və ya Amerika ilə bütün əlaqələri kəsək, bu baxımdan bitərəf olmaq lazımdır. Bizə Rusiya ilə münasibətlər bu ölkə bazarına daxil olmaq üçün gərəkdir", - deyə Tanırquliyev diasporun mövqeyinə aydınlıq gətirib.

Son xəbərlər

Orphus sistemi