Gürcüstan azərbaycanlıları erməni hərbçiyə qoyulan büstün götürülməsini tələb edirlər

Gürcüstan azərbaycanlıları erməni hərbçiyə qoyulan büstün götürülməsini tələb edirlər Tbilisi. 25 yanvar. REPORT.AZ/ “Gürcüstanda Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçi Mixail Avaqyana büstün qoyulması təxribatdır”.
Diaspor
25 Yanvar , 2019 14:03
Gürcüstan azərbaycanlıları erməni hərbçiyə qoyulan büstün götürülməsini tələb edirlər

Tbilisi. 25 yanvar. REPORT.AZ/ “Gürcüstanda Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçi Mixail Avaqyana büstün qoyulması təxribatdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidənin açılması Gürcüstanın azərbaycanlı ictimaiyyəti tərəfindən şiddətlə qınanır: “Bunu Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirməkdə maraqlı olan qüvvələr təşkil edib. Abidənin məhz 20 yanvar tarixində təntənəli şəkildə açılması da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı həmin gün 20 Yanvar şəhidlərini yad edir. Mixail Avaqyana abidənin qoyulması erməni separatçılarının Gürcüstanda ilk təxribatı deyil”.

Ə.Babayev qeyd edib ki, büstün açılması Gürcüstan ictimaiyyəti tərəfindən də hiddətlə qarşılanıb: “Biz, Gürcüstan hökumətini büstün qoyulmasına icazə verən səlahiyyətli yerli hakimiyyət orqanını dərhal müəyyən etməyə və abidənin götürülməsinə göstəriş verməyə çağırırıq”.

Son xəbərlər

Orphus sistemi