“Gürcü Arzusu”nun katibi: “Zaur Darğallının Marneulidə fəaliyyətinin uğurlu olacağına inanırıq”

“Gürcü Arzusu”nun katibi: “Zaur Darğallının Marneulidə fəaliyyətinin uğurlu olacağına inanırıq” “Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir”.
Diaspor
25 Mart , 2019 15:10
“Gürcü Arzusu”nun katibi: “Zaur Darğallının Marneulidə fəaliyyətinin uğurlu olacağına inanırıq”

“Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Z.Darğallı hakim partiyanın komandasında fəal iştirak edir: “O, hazırda Kvemo Kartli qubernatorunun müavinidir. Zaur Darğallının Kvemo Kartli bölgəsində uğurlu fəaliyyətlə bağlı böyük iş təcrübəsi var. İnanırıq ki, onun Marneuli rayonunda da fəaliyyəti uğurlu olacaq”.

Qeyd edək ki, bu gün Gürcüstanın hakim partiyası azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə Z.Darğallının namizədliyini irəli sürüb. O, 2017-ci ildən etibarən Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsini tutur. Müxalif “Avropalı Gürcüstan” Partiyası isə Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb.  

Son xəbərlər

Orphus sistemi