"İl sonunadək müxtəlif ölkə və şəhərlərdə 20-dən çox Azərbaycan evini istifadəyə verməyə hazırlaşırıq”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Londonda Azərbaycan evi açılacaq: "Biz bu istiqamətdə işləyirik. Almaniyada 3 Azərbaycan evi var. Çünki orada azərbaycanlıların sayı çoxdur. Yaxın günlərdə ərəb dövlətlərində də Azərbaycan evləri fəaliyyətə başlayacaq. Koordinasiya Şurasının fəaliyyəti nəticəsində və koordinatorlarımızın səyi ilə həmin ölkələrdə Azərbaycan evləri açılacaq".
F.Muradov bildirib ki, ABŞ-da Azərbaycan diasporu çox böyük işlər görür və bundan sonra da böyük işlər görəcək: Çünki bunun üçün bizim lazımi resurslarımız var. Elə səfər çərçivəsində ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri, eyni zamanda qardaş türk icmasının fəalları ilə görüşəcəyəm. Artıq Azərbaycan və türk icmaları bərabər fəaliyyət göstərirlər. Sabah Nyu-Yorkda yenicə istifadəyə verilmiş Türk evində türk icmasının nümayəndələri ilə bir araya gələcəyik və Zəfər bayramını onlarla da qeyd edəcəyik. ABŞ-da tarixi qəbələmizin ildönümü ilə bağlı yaxın günlərdə çoxsaylı tədbirlərimiz var. Hyuston, Mayami və Vaşinqtonda Azərbaycan icması ilə görüşlərimiz olacaq".
"Artıq 2022-ci il üçün yol xəritəmiz hazırdır, fəaliyyət planı formalaşmaq üzrədir və yaxın günlərdə onun icrasına başlayacayıq", - deyə o vurğulayıb.