Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər - Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qonaqları salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.
Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.