Fuad Muradov Britaniyaya səfərə gedib

Fuad Muradov Britaniyaya səfərə gedib Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayıb.
Diaspor
2 Dekabr , 2021 13:09
Fuad Muradov Britaniyaya səfərə gedib
Fuad Muradov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayıb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində komitə sədri London, Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuralarının nümayəndələri ilə görüşəcək. Bununla yanaşı, Azərbaycana dost ölkələrin Birləşmiş Krallıqdakı icmalarının üzvləri ilə görüşlər planlaşdırılır.

Proqramda Böyük Britaniya rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi