Fuad Muradov: "Azərbaycan diasporu bu il müxtəlif ölkələrdə 100-dən çox aksiya keçirib"

Fuad Muradov: "Azərbaycan diasporu bu il müxtəlif ölkələrdə 100-dən çox aksiya keçirib" "Azərbaycan diasporu bu il ərzində müxtəlif ölkələrdə 100-dən çox piket və mitinq keçirib. Bu gün bizim əsas məsələmiz məhz Ermənistanın, xüsusilə də separatçı rejimin basdırdığı minalarla Azərbaycana vurduğu ziyanı dünyaya çatdırmaqdır".
Diaspor
26 Sentyabr , 2023 12:44
Fuad Muradov: Azərbaycan diasporu bu il müxtəlif ölkələrdə 100-dən çox aksiya keçirib

"Azərbaycan diasporu bu il ərzində müxtəlif ölkələrdə 100-dən çox piket və mitinq keçirib. Bu gün bizim əsas məsələmiz məhz Ermənistanın, xüsusilə də separatçı rejimin basdırdığı minaların Azərbaycana vurduğu ziyanı dünyaya çatdırmaqdır".

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan üç ildir bu məsələ ilə bağlı BMT-nin müxtəlif qurumlarına müraciət edir: "Bu müraciətlər artıq sənəd kimi yayılır.

Artıq diasporumuz Azərbaycanla bağlı hər bir məsələyə mövqe bildirir. Diaspor təşkilatlarına 44 günlük müharibədən sonra Laçın yolu, ümumiyyətlə, oradakı hadisələrlə bağlı detallı məlumat vermişik. Diasporumuz məlumatlandırma xarakterli aksiyalar da keçirib. Belə aksiyalardan ikisi BMT və ATƏT-in ofisi qarşısında baş tutub. Həmin tədbir zamanı son üç ildə basdırılan minalar və onların Ermənistanda istehsal olunması barədə məlumat verilib".

Son xəbərlər

Orphus sistemi