Fuad Muradov: “Dünyanın 15 ölkəsində Azərbaycan evləri açılıb, amma ən yaxşısı "Şuşa" Azərbaycan Evidir”

Fuad Muradov: “Dünyanın 15 ölkəsində Azərbaycan evləri açılıb, amma ən yaxşısı "Şuşa" Azərbaycan Evidir” Dünyanın 15 ölkəsində Azərbaycan evləri açılsa da, amma ən gözəl, mənalı və siyasi yüklüsü Şuşa-Azərbaycan Evidir.
Diaspor
7 Aprel , 2024 19:23
Fuad Muradov: “Dünyanın 15 ölkəsində Azərbaycan evləri açılıb, amma ən yaxşısı Şuşa Azərbaycan Evidir”

Dünyanın 15 ölkəsində Azərbaycan evləri açılsa da, amma ən gözəl, mənalı və siyasi yüklüsü "Şuşa" Azərbaycan Evidir.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Kayseridə keçirilən "Şuşa" Azərbaycan Evinin açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O qeyd edib ki, Şuşa Azərbaycanın gözüdür: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dedikləri kimi, Türkiyə-Azərbaycan qardaşlığı təkcə bu gün üçün deyil həm də gələcəyimiz üçündür. Türkiyənin hər bir bölgəsi bizim üçün doğmadır. Bu gün açılışını etdiyimiz Şuşa-Azərbaycan Evi dövlətimizin dəstək verdiyi 29-cu belə layihədir”.

Komitə sədri "Şuşa" Azərbaycan Evinin açılışına dəstək verdikləri üçün Kayseri, Talas bələdiyyə sədrlərinə, Kayseridə fəaliyyət göstərən Azərbaycan dərnəklərinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi