Fransada Azərbaycanla bağlı məşğələlər keçiriləcək

Fransada Azərbaycanla bağlı məşğələlər keçiriləcək Fransada Azərbaycan mədəniyyəti və sivilizasiyasına həsr olunmuş məşğələlər keçiriləcək.
Diaspor
6 Fevral , 2020 15:59
Fransada Azərbaycanla bağlı məşğələlər keçiriləcək

Fransada Azərbaycan mədəniyyəti və sivilizasiyasına həsr olunmuş məşğələlər keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirlər Paris Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutacaq. 

Martın 7-dən Parisdə başlayacaq məşğələlər Azərbaycan dili, tarixi, coğrafiyası və mədəniyyətinə həsr olunacaq və Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutacaq.

Məşğələləri Paris Azərbaycan Evinin sədr müavini Mehri Quliyeva aparacaq. 

Tədbirə 6-12 yaşlı uşaqlar qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi