Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib, azərbaycanlılar dəstək aksiyası keçiriblər

Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib, azərbaycanlılar dəstək aksiyası keçiriblər Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Diaspor
22 İyul , 2020 18:20
Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib, azərbaycanlılar dəstək aksiyası keçiriblər

Fransanın paytaxtı Paris şəhərində Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq icazəli aksiya keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, Ermənistanın Fransadakı səfirliyinin binası önündə baş tutan etiraz aksiyasına bu ölkənin müxtəlif şəhərlərində yaşayan 300-ə qədər diaspor fəalımız toplaşıb.

Aksiya zamanı soydaşlarımız Azərbaycanın Dövlət himnini səsləndirib, vətənpərvərlik mahnıları oxuyublar.

Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, Azərbaycan, fransız və ingilis dillərində "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Aksiya iştirakçıları dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Ermənistan səfirliyinin qarşısına gələn  ermənilər azərbaycanlıların aksiyasına əngəl törətməyə çalışsalar da heç nəyə nail ola bilməyiblər. Aksiya insidentsiz başa çatıb.

16:27

Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.

“Report”un yerli bürosunun məlumatına görə, soydaşlarımız Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etirazlarını bildirirlər.  

Fransada yaşayan ermənilər aksiyanın baş tutmamasına çalışsalar da, onların təxribat cəhdinin qarşısı alınıb. Paris polisi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bayrağının dalğalandırılmasına imkan verməyib.

Aksiyaya qatılmaq üçün Fransanın müxtəlif şəhərlərindən çoxlu sayda soydaşımız paytaxta axışıb. Şəhid olan vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət himni ifa edilib.

Sonra Fransa ictimaiyyəti Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi