Florida Beynəlxalq Universitetində Xocalı soyqırımı ilə bağlı təqdimat keçirilib

Florida Beynəlxalq Universitetində Xocalı soyqırımı ilə bağlı təqdimat keçirilib ABŞ-ın Florida Beynəlxalq Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı təqdimat keçirilib.
Diaspor
24 Fevral , 2022 10:18
Florida Beynəlxalq Universitetində Xocalı soyqırımı ilə bağlı təqdimat keçirilib

ABŞ-ın Florida Beynəlxalq Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı təqdimat keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə universitetin professor-müəllim, tələbə heyəti, Azərbaycanın Vaşinqtondakı səfirliyinin və Türkiyənin Mayamidəki Baş konsuluğunun diplomatları iştirak edib.

ABŞ-da Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi Aydın Eminov insanlıq tarixinə düşmüş ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımı haqqında təqdimat edib.

Xocalıda lentə alınan görüntülər və şəkillərin yer aldığı təqdimatda A.Eminov ermənilərin vəhşicəsinə öldürdüyü 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın barəsində faktlar təqdim edib və Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında ABŞ mediasında yayımlanan xəbərlərdən sitatlar gətirib.

O bildirib ki, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb:

"Belə ki, dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb".

A.Eminov Xocalıda yaşananların timsalında tarixin müxtəlif dövürlərində Azərbaycan xalqının ermənilər tərəfindən soyqırıma məruz qaldığını deyib.

Tədbirdə qonaqlara Xocalı faciəsindən behs edən kitablar və məlumatların yer aldığı broşürlər paylanıb.

Son xəbərlər

Orphus sistemi