"Azərbaycan gənci ölkəmizin bu günü və sabahı haqqında düşünməlidir. Dünyada baş verən hadisələr Azərbaycanın maraqları çərçivəsində gənclərin birgə hərəkət etməsini vacib edir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.
"Hazırda tariximizin şanlı dövrünü yaşayırıq. Bu yol çətindir. Amma biz tarixi ədaləti bərpa etməyi bacardıq. Bu gün ölkəmiz inkişaf dinamikasına görə yeni bir mərhələyə keçid alır", - nazir qeyd edib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasəti mübariz ruhlu gəncliyin yetişməsinə səbəb olub: "O, Azərbaycan diasporunu gücləndirmək məqsədilə türk və islam dünyasının birliyinin vacib olduğunu vurğulamış və bu istiqamətdə də addımlar atmışdır".