Estoniya parlamentinin işçi qrupu Xocalı qətliamını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

Estoniya parlamentinin işçi qrupu Xocalı qətliamını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir Estoniyada parlamentinin (Riigikogu) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Diaspor
24 Fevral , 2023 18:13
Estoniya parlamentinin işçi qrupu Xocalı qətliamını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

Estoniyada parlamentinin (Riigikogu) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

"Report"un xəbərinə görə, bəyanatda bildirilib ki, deputat qrupu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş, çoxlu sayda qadın, uşaq və qoca da daxil olmaqla 600-dən çox dinc sakinin qətlə yetirildiyi Xocalı qətliamını pisləyir və xalqımıza dərin hüznlə başsağlığı verir.

“Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regionun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramımızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”, - deyə birgə bəyanatda nəzərə çatdırılıb.

Qeyd edək ki, Riigikogu – Estoniyanın 101 deputatdan ibarət nümayəndələr və qanunvericilik məclisidir. Xalq Riigikogu üzvlərini dörd il müddətinə seçir.

Azərbaycanla parlamentlərarası əlaqələr üzrə parlament qrupunun sədri Sven Sester, sədr müavini Mixail Korbdur. Qrupa həmçinin İqor Kravçenko, Aadu Must, Heljo Piekhof, Erki Savisaar, Aivar Sõerd və Raivo Tamm daxildir. Riigikogu üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qrupları vasitəsilə digər dövlətlərin parlamentləri ilə əlaqə saxlayır, xarici siyasət aparır, dövlətimizi dünyanın başqa ölkələrində təmsil edirlər.

https://www.riigikogu.ee/ru/press-relizy/deputatskaya-gruppa-po-parlamentskim-svyazyam-s-azerbajdzhanom-pominaet-pogibshih-v-hodzhalinskoj-rezne/

Son xəbərlər

Orphus sistemi