Dövlət naziri: “Gürcüstanda bilik və bacarıqlı gənc azərbaycanlılar yetişib”

Dövlət naziri: “Gürcüstanda bilik və bacarıqlı gənc azərbaycanlılar yetişib” “Bu gün, 5 il bundan öncəki dövrdən fəqli olaraq Gürcüstanda müxtəlif etnik qruplara məxsus yüksək bilik və bacarığa malik yeni gənc nəsil var”.
Diaspor
201
11 İyun , 2020 15:45
Dövlət naziri: “Gürcüstanda bilik və bacarıqlı gənc azərbaycanlılar yetişib”

“Bu gün, 5 il bundan öncəki dövrdən fəqli olaraq Gürcüstanda müxtəlif etnik qruplara məxsus yüksək bilik və bacarığa malik yeni gənc nəsil var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.

Onun sözlərinə görə, azərbaycanlı və erməni həmvətənləri arasında öz ana dili ilə yanaşı, gürcü dilini də bilən yüksək peşəkarlığa malik olanlar çoxdur: “Milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan “1+4” və dövlət müəssisələrində təcrübə proqramları çox uğurlu olub. Bu gün artıq yaxşı hazırlıqlı 300 nəfər azərbaycanlı və erməni gəncimiz var. Onlar çox fəaldırlar və həyatın müxtəlif sahələrində iştirakla bağlı iddiaları var. Gənclər arasında debatlar artıq dövlət dilində aparılır və bu böyük nailiyyətdir. İnsan resurslarımız gələcək illər üçün inteqrasiya ilə bağlı hazırlanacaq yeni dövlət strategiyasının əsasını təşkil edəcək”.

Qeyd edək ki, K.Tsixelaşvili 2016-cı ildən tutduğu vəzifədən bu gün rəsmən istefa verib. O, Gürcüstanın Avstriyadakı səfiri vəzifəsinə təyin olunacaq. Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə yeni dövlət nazirinin kim olacağı hələ bilinmir. 

Son xəbərlər

Orphus sistemi