Dövlət Komitəsinin təşəbbüsü ilə xüsusi poçt markaları buraxılıb

Dövlət Komitəsinin təşəbbüsü ilə xüsusi poçt markaları buraxılıb Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan diasporunun fəaliyyətini özündə əks edirən poçt markaları buraxılıb.
Diaspor
213
31 Dekabr , 2020 11:48
Dövlət Komitəsinin təşəbbüsü ilə xüsusi poçt markaları buraxılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan diasporunun fəaliyyətini özündə əks edirən poçt markaları buraxılıb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Bir olaq, Həmrəy olaq”, “Vətən uzaqda deyil” şüarlarının yazıldığı markalarda müxtəlif ölkələrdə Azərbaycan diasporunun keçirdiyi aksiyalardan fotoşəkillər əks olunub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan diasporu xüsusi mütəşəkkillik göstərərək bir sıra ilklərə imza atdı. İlk növbədə, 23 fevral 2020-ci il tarixdə Almaniyanın paytaxtı Berlində 30 ölkədən 1300 nəfərdən çox soydaşımızın iştirakı ilə baş tutan Ümumavropa Qarabağ mitinqi keçirildi. Mitinqdə 17 dildə çıxışlar oldu, şüarlar səsləndirildi, yerli və beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətləri barədə bir daha məlumatlandırıldı.

Daha sonra isə COVID-19 ilə mübarizədə soydaşlarımız istər xaricdə çətinliyə düşmüş azərbaycanlılara dəstək göstərilməsində, istərsə də ölkəmizdə yaşayan aztəminatlı ailələrə maddi yardımların edilməsində xüsusi aktivlik nümayiş etdirdilər.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərimizlə bitən Vətən müharibəsi dövründə dünya azərbaycanlıları birlik və həmrəyliyini daha da möhkəmləndirdi. İşğalçı Ermənistanın 12 iyul 2020-ci il tarixli Tovuz təxribatı zamanı və 44 günlük Vətən müharibəsi dövründə soydaşlarımız dünyanın müxtəlif ölkələrində fərqli formatlarda 180-dan çox aksiya keçirildi, beynəlxalq təşkilatlara, dövlət və hökumət başçılarına, parlamentarilərə 1000-lərlə bəyanat, müraciət ünvanlayaraq Azərbaycan dövlətinin haqq səsinə səs verdilər.

Adıçəkilən tədbirlərdən şəkilləri özündə əks etdirən xüsusi poçt markaları da soydaşlarımızın gələcək fəaliyyətinin təşviqi məqsədilə buraxılıb.

Son xəbərlər

Orphus sistemi