Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, sənəd Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.
İmzalanma mərasimindən öncə DİDK sədri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident
Çıxışların ardınca DİDK ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında ASAN imza vasitəsi ilə onlayn anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimdə bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə ilə həyata keçirilir. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim etdi. Nicat Əsədli həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı buna qədər dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imzanı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə təqdim edib. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə elektron rezidentlik təqdim edən ikinci ölkə olub. Elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Hazırda Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə mobil rezidentlik Türkiyə, Rusiya, Litva, BƏƏ, Mərakeş, Fransa, Pakistan, Hindistanda təqdim olunub.
Əlavə edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil rezidentlik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi elektron və mobil rezidentliyi dünyanın 100-ə yaxın nöqtəsində əldə etmək mümkündür.