Dnepropetrovskda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dnepropetrovskda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib Ukraynanın Dnepropetrovsk vilayətində yerli ictimai-siyasi xadimlər bu ölkədə yaşayan azərbaycanlılarla birgə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər.
Diaspor
31 Dekabr , 2021 15:51
Dnepropetrovskda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Ukraynanın Dnepropetrovsk vilayətində yerli ictimai-siyasi xadimlər bu ölkədə yaşayan azərbaycanlılarla birgə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Dnepr şəhərində baş tutan tədbirdə azərbaycanlılarla birgə vilayət administrasiyasının daxili siyasət idarəsinin rəisi Stanislav Bandura, yerli deputatlar Nataliya Dimidova, Nataliya Keda, Qoşqar Muxtarov və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edərək, yola saldığımız ilin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında yadda qalan il olduğunu xatırladıb.

O, həmçinin bu il bütün dünya azərbaycanlılarının 30 il işğal altda olan Azərbaycan torpaqlarının geri qaytarılması münasibətilə qeyd olunan ilk qələbə ildönümünün tarixi hadisə olmasını da qeyd edib.

Çıxış edən ukraynalı rəsmiləri Azərbaycanı həm bu böyük qələbə, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edərək bildiriblər ki, Azərbaycan Ukrayna üçün tək dost-qardaş ölkə yox, məhz 2021-ci ildən etibarən həm də rəsmən strateji tərəfdaşdır.

Daha sonra tədbir Ukrayna xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasovun ifasında konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi