Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Vyanaya gedib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Vyanaya gedib Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfərə gedib.
Diaspor
12 Noyabr , 2019 16:40
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Vyanaya gedib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfərə gedib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılan abidəsinin ziyarətindən başlayıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltəraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.

Son xəbərlər

Orphus sistemi