Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib Bakı. 5 iyul. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Diaspor
5 İyul , 2018 10:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Report"un məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabanda ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi