Diaspor fəalları Ukrayna ordusu üçün qan verib

Diaspor fəalları Ukrayna ordusu üçün qan verib Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbər heyəti Ukrayna ordusu üçün qan veriblər.
Diaspor
28 İyun , 2022 12:17
Diaspor fəalları Ukrayna ordusu üçün qan verib

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbər heyəti Ukrayna ordusu üçün qan veriblər.

UABD sədri Hikmət Cavadov "Report"a bildirib ki, tədbir Kiyev Şəhər Donorluq Mərkəzində keçirilib.

Onun sözlərinə görə, aksiyaya təşkilatın Ukraynanın digər vilayətlərində fəaliyyət göstərən nümayəndəliklərinin üzvləri də qoşulacaqlar.

“Biz Ukraynaya hərtərəfli kömək edir, Ukrayna xalqının bir hissəsi olduğumuzu əməli işlərimizlə sübuta yetiririk. Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərir. Bununla yanaşı ölkənin bir çox azərbaycanlı vətəndaşları silaha sarılaraq vətənləri Ukraynanın müdafiəsinə qalxıb”, – deyə UABD rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi