Azərbaycan diasporunun fəalı dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Azərbaycan diasporuna ağır itki üz verib. Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd edilir.