Bu il Ukrayna vətəndaşlığına qəbul edilən azərbaycanlıların sayı açıqlanıb

Bu il Ukrayna vətəndaşlığına qəbul edilən azərbaycanlıların sayı açıqlanıb Bu ilin ilk 6 ayı ərzində Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Diaspor
29 İyul , 2021 14:22
Bu il Ukrayna vətəndaşlığına qəbul edilən azərbaycanlıların sayı açıqlanıb

Bu ilin ilk 6 ayı ərzində Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Təşkilatından “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Ukrayna Dövlət Miqrasiya Xidmətindən verilən rəsmi sorğuya cavabda bildirilir ki, bu müddət ərzində 111 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığına qəbul edilib.

Bunlardan 110 nəfər əvvəlki illərdə Dövlət Miqrasiya Xdmətinə ünvanlanan müraciətlər əsasında “Ukrayna vətəndaşlığı haqqında” qanunun 8-ci maddəsinə əsasən Ukrayna vətəndaşlığına qəbul edilib. Bir nəfər isə müraciəti əsasında Ukrayna Prezidenti Vladimir Zelenskinin sərəncamı ilə vətəndaşlığa qəbul olunub.

Eyni zamanda, Ukrayna DMX-nın ərazi orqanları tərəfindən 3 Azərbaycan vətəndaşı barədə Ukrayna vətəndaşlığının alınmasını rəsmiləşdirmək qərarı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi