Braziliyada uşaq öz pulunu Azərbaycan əsgərlərinə yardım kimi yolladı

Braziliyada uşaq öz pulunu Azərbaycan əsgərlərinə yardım kimi yolladı Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.
Diaspor
4181
1 Noyabr , 2020 01:15
Braziliyada uşaq öz pulunu Azərbaycan əsgərlərinə yardım kimi yolladı

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.

Bu barədə "Report" Azərbaycanın Braziliyadakı Səfirliyinə istinadən məlumat verib.

Qeyd olunub ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb.

O, şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və istərdi ki, əskərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Məktuba 30 (6 ABŞ dolları) real pul vəsaiti əlavə olunub. Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib.

Sonda “Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk” sözləri yazılıb.

Qeyd olunasıdır ki Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşlarımız və soydaşlarımız yaşamır və bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.

Son xəbərlər

Orphus sistemi