İstanbulun tarixi "Beyazit meydanı"nda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, aksiya "Bayrağını al gəl" şüarı altında baş tutub.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşları, Türkiyə ictimaiyyətinin, QHT-lərin, ictimai birliklərin, KİV-lərin nümayəndələri, yerli əhali, Türkiyədə fəaliyyət göstərən Hüseyin Cavid adına orta məktəbin şagirdləri və digərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Xocalı soyqırımının dünya tarixinin utanc səhifəsi olduğunu bildiriblər.
Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin sonunda mediaya açıqlama verilib.
Açıqlamada Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi tələb olunub.