Berlində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

Berlində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib Berlində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Diaspor
9 May , 2023 15:36
Berlində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

Berlində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, icmamızın fəalları və Güney Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş olunub, film böyük maraqla qarşılanıb.

Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdəki misilsiz xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb.

Komitə sədri Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən layihələr barədə danışıb, Azərbaycan evlərinin, həftəsonu məktəblərinin fəaliyyəti, diasporlararası münasibətlər və digər məsələlərlə bağlı tövsiyələrini səsləndirib, Almaniya Azərbaycanlıları Alyansının fəaliyyətini və Azərbaycan icmasının bu ölkədə Vətənimizin həqiqətlərini xüsusi fədakarlıqla yerli ictimaiyyətin diqqətinə çatdırdığını müsbət qiymətləndirib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev diqqəti Ümummilli Liderin çoxşaxəli fəaliyyətinə, tarixin müxtəlif mərhələlərində gördüyü əvəzolunmaz işlərə, diaspor quruculuğu sahəsindəki xidmətlərinə cəlb etməklə yanaşı, icma üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, diasporumuzun fəaliyyətindəki müsbət məqamlardan danışıb.

Tədbir Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayevin görülən işlər barədə hesabatı ilə davam edib. Alyansın İdarə Heyətinin sədr müavini Sevda Badaliouri rəhbərlik etdiyi “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin, “Odlar Yurdu” orkestrinin həmtəsisçisi, skripka ifaçısı Fəridə Rüstəmova isə musiqi kollektivinin fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

Görüşdə çıxış edən icma üzvləri Ulu Öndəri sevgi və ehtiramla xatırlayıb, diasporumuzun fəallığının artırılması, təşkilatlanması və ölkəmizi xaricdə layiqincə təmsil etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini ifadə ediblər.

Daha sonra Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev Millinitsə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Görüş geniş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi