Azərbaycanlılarla yəhudiləri təkcə uzun illər dinc şəraitdə birgə yaşayış deyil, həm də bir-birinə hörmət birləşdirir.
“Report” xəbər verir ki, bu barədə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Adam Amilov feysbuk səhifəsində müraciətində bildirib.
O, 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiyi faciəni soyqırımı adlandıraraq azərbaycanlılara başsağlığı verib. A.Amilov qətliam nəticəsində 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl insanın qətlə yetirildiyini vurğulayıb. Diaspor sədri qeyd edib ki, azərbaycanlılarla yəhudiləri həm də əzab və faciələr birləşdirir. Təşkilat sədri vurğulayıb ki, yəhudiləri yəhudi, azərbaycanlıları da azərbaycanlı olduqları üçün qətlə yetiriblər.
“Azİz” 2007-ci ildə təsis olunub. İsraillə Azərbaycan arasında əlaqələrin qurulması ilə məşğul olur. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İsrailin Azərbaycandan olanların çoxluq təşkil etdiyi 10 şəhərində yerli şöbələri fəaliyyət göstərir.