Azərbaycanlılar Ukraynada yeni “ETNO-WEEKEND” festivalında təmsil olunub

Azərbaycanlılar Ukraynada yeni “ETNO-WEEKEND” festivalında təmsil olunub Ukraynanın Donetsk vilayətinin Vuhledar şəhərində ölkədə ilk dəfə baş tutan “ETNO-WEEKEND” festivalında azərbaycanlılar da təmsil olunub.
Diaspor
20 Sentyabr , 2021 17:31
Azərbaycanlılar Ukraynada yeni “ETNO-WEEKEND” festivalında təmsil olunub

Ukraynanın Donetsk vilayətinin Vuhledar şəhərində ölkədə ilk dəfə baş tutan “ETNO-WEEKEND” festivalında azərbaycanlılar da təmsil olunub.

“Report”un məlumatına görə, Donetsk vilayət administrasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Mariupol üzrə rəhbəri Afaq Həmidova və təşkilatın kollektivi milli mətbəx və mədəniyyət nümunləri ilə təmsil edib.

Donetsk vilayət qubernatorunun müavini Yuliya Kostyunina və Vuhledar şəhərinin meri Andrey Silıçın da iştirak etdiyi Festivalda BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də çıxış edib.

Çıxış edənlər Ukraynada etnik xalqların aparıcı rolundan, ölkənin ictimai-siyasi və mədəni inkişafına verdiyi önəmli təsirdən danışıblar. Bildirilib ki, Ukraynada yaşayan etnik xalqlar ölkənin suverenliyi uğrunda daim mübarizdirlər. Daha sonra Rövşən Tağıyev rəhbərlik etdiyi təşkilatın adından Donetsk vilayət qubernator Pavel Kirilenkonu, qubernator müavini Yuliya Kostyuninanı, vilayət administrasiyasının mədəniyyət və turizm departamentinin rəhbəri Viktoriya Toçenanı və şəhər meri Andrey Silıçı fərmanlarla təltif edib.

Son xəbərlər

Orphus sistemi