Azərbaycanlılar Ukraynanın qərbində müvəqqəti sığınacaqlar təşkil edir

Azərbaycanlılar Ukraynanın qərbində müvəqqəti sığınacaqlar təşkil edir Son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailəsi təxliyə olunub.
Diaspor
159
21 Mart , 2022 10:44
Azərbaycanlılar Ukraynanın qərbində müvəqqəti sığınacaqlar təşkil edir

Son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailəsi təxliyə olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin rəhbəri Əliş Səfərov bildirib.

Rəhbərlik etdiyi cəmiyyətin təkcə azərbaycanlıları yox, Ukraynadan olan yaşlı nəsil nümayəndələrin, qadın və uşaqların təxliyəsinə də yardım etdiyini deyən Ə. Səfərov vurğulayıb ki, hazırda bu proses davam edir.

O həmçinin qeyd edib ki, ölkənin daha qaynar nöqtələrindən çıxan azərbaycanlılar və ukraynalılar üçün Ukraynanın Zakarpatiya bölgəsində müvəqqəti yerlər kirayəliyib ki, təxliyə olunan ailələr sərhəd bölgəsində növbə gözləyərkən küçələrdə qalmasınlar: " Bu kimi müvəqqəti sığınacaqlar azərbaycanlı cəmiyyət sədri tərəfindən daimi saxlanılır ki, növbəti təxliyə olunanların istifadəsində olsun. Vinnitsa azərbaycanlıları eyni zamanda, Ukrayna ordusunda yaralanmış azərbaycanlıların da müalicəsinə yardım edirlər".

Son xəbərlər

Orphus sistemi