Azərbaycanlılar BMT-nin Cenevrədəki ofisinin qarşısında sərgi-aksiya keçirib

Azərbaycanlılar BMT-nin Cenevrədəki ofisinin qarşısında sərgi-aksiya keçirib Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IRDG) təşkilatçılığı ilə BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-
Diaspor
4 Oktyabr , 2022 12:51
Azərbaycanlılar BMT-nin Cenevrədəki ofisinin qarşısında sərgi-aksiya keçirib

Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IRDG) təşkilatçılığı ilə BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-aksiya keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistan hərbi cinayətlər törətməkdə davam edir, lakin minalanmış sahələrin xəritələrini təqdim etmir”, “İşğaldan azad edilmiş ərazilərin intensiv şəkildə minalanması insanların həyatı, sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdid yaradır”, “İşğaldan azad edilmiş ərazilərdə hər bir mina partlayışı Ermənistanın növbəti cinayətidir!”, “30 il ərzində Ermənistan əvvəllər işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsini minalayıb. Ona görə də bu gün həmin ərazilərin minalardan təmizlənməsi bizim əsas vəzifəmizdir!”, “Azad olunmuş ərazilərdə erməni qoşunlarının basdırdığı naməlum sayda minalardan insanlar həlak olmaqda davam edir!”, “Ermənistanın təcavüzünü dayandır!” şüarlarının, “Ermənistanın hərbi cinayətləri”, “Sülh”, “Minasız torpaqlar” çağırışlarının, həştəqlərinin və fotolarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Qeyd edək ki, tədbir BMT-nin İnsan Hüquqları Şurasının 51-ci ümumi müzakirələr sessiyasının sonuncu həftəsi ərəfəsində təşkil olunub. Bu sessiyada minaların yaratdığı ekoloji və humanitar problemlər gündəmə gətiriləcək. Məqsəd minaların təhlükəli olduğunu, böyük humanitar fəlakət yaratdığını, məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsinə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə əngəl törətdiyini bir daha nəzərə çatdırmaqdır.

Son xəbərlər

Orphus sistemi