Azərbaycanlılar Belçika bələdiyyəsinin qərəzli qərarını dəyişməyə nail olublar

Azərbaycanlılar Belçika bələdiyyəsinin qərəzli qərarını dəyişməyə nail olublar Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.
Diaspor
1022
25 Dekabr , 2020 09:23
Azərbaycanlılar Belçika bələdiyyəsinin qərəzli qərarını dəyişməyə nail olublar

Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub.

İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.

Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

Son xəbərlər

Orphus sistemi