Azərbaycanlı tələbələr Gürcüstanda Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcəklər

Azərbaycanlı tələbələr Gürcüstanda Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcəklər Marneulidə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və gənclərlə görüş olub
Diaspor
4 Fevral , 2017 20:16
Azərbaycanlı tələbələr Gürcüstanda Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcəklər

Tbilisi. 4 fevral. REPORT.AZ/ Fevralın 4-də Marneulidə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və gənclərlə görüş olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, əvvəlcə geniş tərkibdə keçirilən görüşdə ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən danışılıb, gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, tələbələrin təhsil problemləri, eləcə də, onların azərbaycançılıq ideyası ətrafında sıx birləşmələri, Xocalı soyqırımı ilə bağlı nəzərdə tutulmuş tədbirlər planı barədə fikir mübadiləsi aparılıb.

Sonra görüş Azərbaycan səfirliyinin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə “dəyirmi masa” ətrafında davam edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclərlə iş şöbəsinin müdiri Nərgiz Əliyeva, tələbələrdən Tural Ramazanov, Leyla Əmrahova, Ümman Sadıqov və başqaları çıxış edərək bildiriblər ki, bu günlərdə Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümü anıb. Qarşıdan isə Xocalı soyqırımının 25-ci ildönümü və Gürcüstanda 9 aprel faciəsinin növbəti ildönümü gəlir. Tələbə-gənclər həm 9 aprel, həm də 1992-ci ilin fevral ayında ermənilərin keçmiş sovet ordusunun köməyi ilə Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş soyqırımı və digər müsibətlər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikirlərini bölüşüb, konkret təkliflər irəli sürüblər. Tələbə-gənclər Xocalı faciəsi ilə bağlı məlumatların gürcü ictimaiyyətinə və Tbilisi şəhərinin qonaqlarına çatdırmaq üçün bir sıra tədbirlər keçirmək niyyətindədirlər.

Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov tələbə-gənclərin Gürcüstan ictimaiyyətinə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb, səfirliyin tələbə gənclərə daim dəstək verdiyini xüsusi qeyd edib. Diplomat, xarici ölkələrdə yaşayan, təhsil alan gənclərin azərbaycançılıq ideyası ətrafında birliyini alqışlayıb, tarixi Vətənimiz Azərbaycanın təbliği, haqq səsinin dünyaya çatdırılması istiqamətindəki tədbirlərini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi