Azərbaycanlı gənclər Kiyevdə aksiya keçirib

Azərbaycanlı gənclər Kiyevdə aksiya keçirib Aksiya ərzində “Azadlıq meydanında” üzərində “QARABAĞ AZƏRBAYCANDIR” yazılı plakat nümayiş olunub.
Diaspor
112
15 Oktyabr , 2021 13:34
Azərbaycanlı gənclər Kiyevdə aksiya keçirib

Azərbaycanlı gənclər Ukraynanın paytaxtı Kiyev şəhərinin “Azadlıq meydanında” aksiya keçiriblər.

"Report" xəbər verir ki, Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə keçirilən aksiyada məqsəd Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq olub.

İştirakçılar əllərində “Qarabağ Azərbaycandır” yazılı plakatlar tutublar.

Aksiya zamanı Ermənistanın törətdiyi hərbi cinayətlər və erməni vandalizmi haqqında məlumatlar əks etdirən bukletlər paylanıb.

İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda silinməz iz qoyduğunu söyləyiblər, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə insanları məlumatlandırıblar.

Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.

Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı Qələbəni bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.

Son xəbərlər

Orphus sistemi