Azərbaycanlı diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatı verilib

Azərbaycanlı diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatı verilib Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru, Litvanın Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Nərmin Əliyevanın “Litva deyin!” (“Speak Lithuania”) layihəsi “Litvanın Gücü” mükafatına layiq görülüb.
Diaspor
12 Dekabr , 2023 13:28
Azərbaycanlı diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatı verilib

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru, Litvanın Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Nərmin Əliyevanın “Litva deyin!” (“Speak Lithuania”) layihəsi “Litvanın Gücü” mükafatına layiq görülüb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Litvanın gücü” (“Lietuvos Galia”) vətəndaş təşəbbüsünün təşkilatçılığı ilə baş tutan mükafatın təqdimolunma mərasimində Litva prezidenti Gitanas Nauseda və birinci xanım Diana Nausedene iştirak ediblər. Bu layihə Litva, ABŞ, Böyük Britaniya, İrlandiya, Yeni Zelandiya, İspaniya, Almaniya və Norveçdə fəaliyyət göstərən 400-ə yaxın təşkilatı və cəmiyyəti öz sıralarında birləşdirir.

Dövlət başçısı bildirib ki, hər dəfə “Litvanın Gücü” təşəbbüslərinin siyahısını açanda, onların müxtəlifliyinə heyran qalır. “Çətinliklərdən qorxmayan, ideya təklif edən və həmfikirləri birləşdirən insanların ruhlandırıcı hekayələrini görürəm. Mən bunu qısa təsvirlərdən deyil, birinci əldən bilirəm – Diana və komanda üzvləri ilə birlikdə iki il ərzində 50-dən çox təşəbbüslə tanış olmuşuq. Sizin təşəbbüsləriniz Litvanı gücləndirir – hamımızı gücləndirir”, - deyə o söyləyib.

Mərasim zamanı builki müsabiqənin qalibləri olan 20 təşkilat və icmaya, o cümlədən Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru, AYOL rəhbəri Nərmin Əliyevaya mükafatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi