Azərbaycanlı abituriyentlər Gürcüstanın Təhsil Nazirliyi qarşısında aksiya keçirib - FOTO

Azərbaycanlı abituriyentlər Gürcüstanın Təhsil Nazirliyi qarşısında aksiya keçirib - FOTO Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Gürcüstanda bu il ali məktəblərə qəbul olmayan azərbaycanlı abituriyentlər Tbilisidə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında akiya keçiriblər.
Diaspor
5 Oktyabr , 2018 16:40
Azərbaycanlı abituriyentlər Gürcüstanın Təhsil Nazirliyi qarşısında aksiya keçirib - FOTO

Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Gürcüstanda bu il ali məktəblərə qəbul olmayan azərbaycanlı abituriyentlər Tbilisidə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında akiya keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları əllərində “Gürcü dilində təhsil almaq hüququmuzu əlimizdən almayın!”, “Ölkənin gələcəyi bizim əlimizdədir, gələcəyimizi əlimizdən almayın!”, “Gürcüstan universitetlərində təhsil almağımıza imkan verin!” şüarları tutublar.

Gənclər bildiriblər ki, ali məktəbə qəbul üçün minimal həddi keçsələr də, tələbə adını qazana bilməyiblər. Onlar ixtisas seçimi zamanı istənilən sayda ixtisas qeyd etmək imkanının olması barədə məlumatlı olmadıqlarını bildiriblər.

Narazı abituriyentlər Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən onların müxtəlif ali məktəblərin boş qalan yerlərinə yerləşdirilməsini xahiş ediblər.

Gənclər əllərindəki şüarlarla nazirliyin binasına daxil olublar və nazir Mixeil Batiaşvili ilə görüş tələb ediblər.

Qeyd edək ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, universitetlərə qəbul ola bilməyib. 

Son xəbərlər

Orphus sistemi