Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb

Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb Təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb
Diaspor
12 Fevral , 2016 15:44
Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevral 11-də Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib. Varşava Texnik Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak edib.

Yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb. Daha sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşğul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib, Rəsul Məmmədov və Nəsib İbrahimov müavin seçilib.

Daha sonra tədbir iştirakçıları çıxış edib, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının DİDK ilə, eləcə də Azərbaycan Respublikasının Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi