Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın təxribatını pislədi

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın təxribatını pislədi Parisdə fəaliyyət göstərən Fransada Azərbaycanın Dostları Assosiasiyası ölkə mətbuatına müraciət edib.
Diaspor
181
15 İyul , 2020 15:49
Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın təxribatını pislədi

Parisdə fəaliyyət göstərən Fransada Azərbaycanın Dostları Assosiasiyası ölkə mətbuatına müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, müraciətdə Ermənistanın Azərbaycanla sərhəddəki təxribatının yeni hökumətin bir daha ölkəsinin fəlakətli daxili vəziyyətini ört-basdır etmək cəhdi olduğu bildirilir: 

“Ermənistan ordusu son günlər Tovuz rayonunda təxribat törədərək onlarla Azərbaycan hərbçisini şəhid edib. Bu qanlı təcavüz onu göstərir ki, Ermənistan hakimiyyəti ölkəsini saldığı fəlakətli vəziyyəti xalqına unutdurmaq məqsədilə müharibəyə başlamağa çalışır. Yeni hakimiyyətin vədlərindən heç biri bu iki il ərzində yerinə yetirilməyib: iqtisadiyyat çöküb, səfalət baş alıb gedir, korrupsiya yeni vüsət alıb və butün bunların nəticəsidir ki, xalq ümidsizliyə qapanıb. Azərbaycana qarşı edilən bu təcavüz çıxılmaz vəziyyətlə səciyyələnən daxili reallıqlardan insanların fikrini yayındırmaq məqsədi güdür". 

Müraciətdə vurğulanır ki, Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyinə güvənib, lakin hərbçilərinin şəhid edilməsinə göz yuma bilməyəcək: 

“Azərbaycan matəm içində olmasına baxmayaraq, beynəlxalq hüququn normalarına hörmətlə riayət etməkdə davam edir. Lakin Azərbaycana edilən bu yeni hücum beynəlxalq ictimaiyyətə və xüsusən də ATƏT-in Minsk Qrupuna Ermənistanın beynəlxalq hüququ və BMT-nin qətnamələrini kobud şəkildə pozularaq Azərbaycan ərazisinin 1/5 hissəsini hələ də işğal altında saxlamaqda davam etdiyini xatırlatmaq üçün bir fürsətdir. Ermənistan hökuməti qanunun aliliyinə və ədalətə riayət etməyi öyrənənə qədər daha nə qədər günahsız insan qurban gedəcək?"