Azərbaycandan çıxarılan qədim milli xalçalar Ukraynada tapılıb

Azərbaycandan çıxarılan qədim milli xalçalar Ukraynada tapılıb Azərbaycanın Quba, Şirvan, Qarabağ və Dərbənd bölgələrinə məxsus toxnma tarixinə görə 100-150 il əvvələ aid milli xalçalar Ukraynanın Vinnitsa şəhərində tapılıb.
Diaspor
144
7 Dekabr , 2021 13:41
Azərbaycandan çıxarılan qədim milli xalçalar Ukraynada tapılıb

Azərbaycanın Quba, Şirvan, Qarabağ və Dərbənd bölgələrinə məxsus toxnma tarixinə görə 100-150 il əvvələ aid milli xalçalar Ukraynanın Vinnitsa şəhərində tapılıb.

“Report” xəbər verir ki. “Baku TV-nin Şərqi Avropa bürosu Vinnitsada bununla bağlı kolleksiya aşkar edərək reportaj hazırlayıb.

Belə ki, əslən azərbaycanlı Seymur Abuşov bu şəhərdə bir neçə ildir ki, əsasən qədim Azərbaycan xalçaları olmaqla türkdilli ölkələrə məxsus tarixi xalçaları toplayaraq kolleksiya yaradıb. Kolleksiyada Almaniyadan, Fransadan, İrlandiyadan, Portuqaliyadan, ABŞ-dan, Kanadadan və digər ölkələrdən tapılıb gətirilmiş tarixi Azərbaycan xalçaları var və bunlar əsasən ötən əsrin əvvəli Çar Rusiyasında baş verən inqilablar zamanı, bir qismi isə I Qarabağ müharibəsi ərəfəsində ölkədən çıxarılıb.

Xalçaların arasında Qarabağdan aparılaraq Avropada ermənilərin öz adlarına çıxdıqları nümunələr də var ki, alınaraq milli mənsubiyyəti geri qaytarılıb və kolleksiyaya daxil edilib. Seymur Abuşovun qardaşı Teymur Abuşov isə Vinnitsada yerli Radanın (parlament) deputatıdır və qardaşlar ictimai işlərdə fəallıq göstərirlər.

Ətraflı videomaterialda tanış ola bilərsiniz:

Son xəbərlər

Orphus sistemi