Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər  

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər   ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq
Diaspor
15 Yanvar , 2021 07:51
Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər   

ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə əraziyə gələn nümayişçilər əllərində 15 iyul 2016-cı ildə Tükiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı haqqında məlumatların əks olunduğu plakatlar nümayiş etdirib, sloqanlar səsləndiriblər.

Aksiyada çıxış edən Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) idarə heyətinin həmsədri Halil Mutlu mütəmadi olaraq Türkiyə ilə bağlı qərəzli xəbərlər işıqlandıran, Türkiyə hakimiyyətini tənqid edən “The Wall Street Journal” qəzetinin bu cür fəaliyyətinin qəbuledilməz olduğunu deyib. Halil Mutlu nəşrin rəhbərliyini qəzetdə və ona aid saytda aparılan bu çirkin təbliğatı dayandırmağa və qərəzli mövqeyə son qoymağa çağırıb.

Aksiya zamanı əraziyə cəlb edilmiş Nyu-York polisi etirazçıların təhlükəsizliyini təmin edib. Sonda TASC adından qəbul edilmiş etiraz bəyanatı “The Wall Street Journal” qəzetinin redaktorlarına göndərilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi