Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Heydər Əliyev adına parkı ziyarət edib.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan səfiri Faiq Quliyevlə birgə ümummilli liderin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.
Nümayəndə heyətinə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov və digər şəxslər daxildir.
Mayın 22-dək davam edəcək səfər çərçivəsində Gürcüstanın dövlət qurumlarında, Marneuli və Qardabanidə yaşayan soydaşlarımızla görüşlər keçiriləcək.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, nümayəndə heyətinə komitənin sədr müavini Vaqif Seyidbəyov rəhbərlik edir.
Səfər çərçivəsində Gürcüstanda bir sıra görüşlər planlaşdırılıb.