Azərbaycan milli musiqisi Kiyevdə keçirilən festivalda geniş maraq doğurub

Azərbaycan milli musiqisi Kiyevdə keçirilən festivalda geniş maraq doğurub Kiyev şəhərində yerli meriyanın təşəbbüsü ilə keçirilmiş etnomədəni festivalda Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
Diaspor
21 Sentyabr , 2020 16:57
Azərbaycan milli musiqisi Kiyevdə keçirilən festivalda geniş maraq doğurub

Kiyev şəhərində yerli meriyanın təşəbbüsü ilə keçirilmiş etnomədəni festivalda Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

"Report"un məlumatına görə, Azərbaycanın da təmsil olunduğu festivalda milli yeməklər və sair maddi mədəniyyət nümunələri nümayiş etdirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatı dəstəyilə açılan Azərbaycan pavilyonu festivalın həm iştirakçıları, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan xalqının milli musiqisi, rəqsləri, habelə təamları geniş maraq doğurub.

"Pavilyonun tərtibatında rəssam Əsgər Cavadovun böyük əməyi var. Tərtibatda Bakının qədim və müasir görüntülərindən istifadə edilib. Rəssam həmçinin arzulayan hər kəs üçün ustad dərsi də keçirib. Bundan əlavə, Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı gözəl musiqi nümunələrimizi, alovlu rəqslərimizi qonaqlara nümayiş etdirərək tədbirə xüsusi rövnəq qatıb. Həm Əsgərə, həm də Nicata verdikləri töfhələrə görə minnətdaram. Fikrimcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib", - deyə UABD rəhbəri Hikmət Cavadov fikirlərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi