Azad Rəhimov Moskvaya gedir

Azad Rəhimov Moskvaya gedir Məqsəd Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda iştirak etməkdir
Diaspor
30 Oktyabr , 2015 14:09
Azad Rəhimov Moskvaya gedir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyasından sonra gənclər və idman naziri Azad Rəhimovun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri başlayır. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib. 

Səfərin məqsədi oktyabrın 31-də Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirak etməkdir.

Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və digər mövzular müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi